Təcrübə Mərkəzi Haqqında
Təcrübə Mərkəzi Haqqında
Bizim Təcrübə Mərkəzimiz, ITOPS bacarıqlarının öyrənilməsi və təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi bir platformadır. Burada siz Helpdesk, Sistem Administratorluğu, Network Administrator və Cloud Administrator üzrə təcrübə keçməklə, real iş mühitində qarşılaşa biləcəyiniz vəziyyətləri öyrənir və praktiki bacarıqlarınızı inkişaf etdirirsiniz.
Mərkəzimizin əsas məqsədi, iştirakçıları İT sahəsində yüksək ixtisaslı mütəxəssislər kimi yetişdirmək və onları əmək bazarına hazırlamaqdır. Təcrübə proqramlarımız sayəsində siz, texniki biliklərinizi artıracaq, problemlərin həlli, sistemlərin idarə olunması və şəbəkə infrastrukturunun qurulması ilə bağlı ətraflı məlumat əldə edəcəksiniz.
Real iş mühitində təcrübə qazanaraq, İT dəstək karyeranıza güclü bir başlanğıc edin.
Sistem Administratorluğu üzrə təcrübə proqramlarımız, iştirakçılara şəbəkə və serverlərin effektiv idarə olunmasını öyrədir.
Şəbəkə və təhlükəsizlik sahəsində real layihələr üzərində işləyərək praktiki biliklərinizi artırın
Komanda ilə çalışmaq
Təcrübə mərkəzimizdə komanda ilə işləmək bacarıqlarını inkişaf etdiririk. Bu, iştirakçılara birgə problemləri həll etməyi, fikir mübadiləsi aparmağı və ortaq məqsədlərə çatmağı öyrədir. Nəticədə, onlar peşəkar mühitdə daha səmərəli və effektiv işləməyi bacarırlar.